Türkiyədə TIR-la sərnişin avtobusu toqquşdu: 11 ölü, 27 yaralı var - FOTO-VİDEO

Türkiyədə TIR-la sərnişin avtobusu toqquşdu: 11 ölü, 27 yaralı var - FOTO-VİDEO

Hazırda oxunan: Türkiyədə TIR-la sərnişin avtobusu toqquşdu: 11 ölü, 27 yaralı var - FOTO-VİDEO

641610

Manisanın Akhisar rayonunda, İstanbul-İzmir magistral yolunda tur avtobusu ilə TIR-ın toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media Manisa Valiliyinə istinadən xəbər verir ki, qəzada 11 nəfər həyatını itirib, 27 nəfər xəsarət alıb.

Hadisə saat 11:11-də Bursadan İzmir istiqamətinə hərəkət edən tur avtobusu ilə TIR arasında baş verib. Zərbənin gücündən avtobusdakı sərnişinlər ətrafa tökülüb.

Əraziyə dərhal təcili yardım, yanğınsöndürmə, polis və AFAD ekipləri cəlb olunub. Nəqliyyat vasitələrində sıxılıb qalan yaralılar xilasedicilər tərəfindən çıxarılaraq Akhisar və Manisadakı xəstəxanalara çatdırılıb.
 

Faciə səbəbindən İstanbul-İzmir otoyolunun həmin istiqamətində nəqliyyatın hərəkəti bir zolaq üzrə nəzarət altında təmin olunur.


Manisa Valiliyi qəza zamanı 11 nəfərin öldüyünü, 27 nəfərin yaralandığını rəsmən təsdiqləyib, həlak olanların yaxınlarına başsağlığı verib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO