Ukraynada öldürülən dörd azərbaycanlı ilə bağlı YENİ FAKTLAR: “Gözümün qabağında...” - VİDEO 

Hazırda oxunan: Ukraynada öldürülən dörd azərbaycanlı ilə bağlı YENİ FAKTLAR: “Gözümün qabağında...” - VİDEO 

63762

Ukraynada öldürülən 4 azərbaycanlının cəsədləri həmin ərazidəki meyitxanaya yerləşdirilib. Əslən Kəlbəcərdən olan qohumların meyitləri yaxın günlərdə Azərbaycana gətiriləcək.

Bizim.Media-nın məlumatına görə,  onlar Rusiyanın hərbi müdaxiləsi ilə Ukraynada başlayan müharibənin od-alovundan qurtulmaq üçün ölkədən çıxmaq istəyiblər, ancaq ölüm onları Moldova sərhədində yaxalayıb. 

Uzun müddətdir ki, Ukraynada yaşayan Kəlbəcər rayonunun Təkəqaya kəndinin sakinləri - 46 yaşlı Nemət İsmayılov və 56 yaşlı Rəhim İsmayılov qardaşları, eləcə də Rəhim İsmayılovun 27 yaşlı oğlu Qabil İsmayılov və bacısının oğlu 25 yaşlı Camal Salmanov fevralın 27-də Ukraynadan Moldavaya keçərkən Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən atəşə tutulublar.

Həmin vaxt orada olan bacıları Yaxşı Məmmədova deyir ki, sərhədi keçməyə çalışan insanlara kimin niyə atəş açdığını hələ də başa düşə bilmirlər. 

Vurulanlardan 3-ü yerindəcə, biri isə sonradan xəstəxanada dünyasını dəyişib. Yaxşı Məmmədova sağ qalan digər qohumı ilə Moldavadan keçərək Azərbaycana gəlib. Onun həyat yoldaşı isə meyitləri gətirmək üçün hazırda orada gözləyir. 

Məsələ ilə bağlı verilən rəsmi açıqlamaya görə, meyitlər yaxın günlərdə Azərbaycana gətiriləcək. 

Xezerxeber.az-in mövzu ilə bağlı videomaterialını təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO