Yeddinci mərtəbədən yıxılan səkkiz aylıq hamilə qadın sağ qaldı – VİDEO

Yeddinci mərtəbədən yıxılan səkkiz aylıq hamilə qadın sağ qaldı – VİDEO

Hazırda oxunan: Yeddinci mərtəbədən yıxılan səkkiz aylıq hamilə qadın sağ qaldı – VİDEO

624460

Rusiyanın Vladivostok şəhərində səkkiz aylıq hamilə olan qadın yeddinci mərtəbədən yıxılıb və sağ qalıb.

Bizim.Media xəbər verir ki, hadisənin diqqətçəkən tərəfi isə qadın yalnız yüngül xəsarətlər alıb və bir dənə də olsun sınıq olmayıb. Üstəlik, o, bətnindəki körpəni itirməyib.

Yerli mətbuatın məlumatına görə, 30 həftəlik hamilə olan 28 yaşlı Vladivostok sakini gecə yata bilməyib və pəncərələri silmək qərarına gəlib.

O, pəncərənin önünə çıxıb, lakin tarazlığını itirərək çölə yıxılıb. Qadın arxası üstə yerə yıxılıb və ağrıdan qışqırmağa başlayıb. Qonşular onun qışqırıqlarını eşidən kimi hadisə yerinə qaçıb təcili yardım çağırıblar.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qadının sərbəst hərəkət etdiyini, həm də yeddinci mərtəbədən yıxıldığını nəzərə alaraq, ümumiyyətlə sağ olduğunu görüb təəccüblənib.
 

Xəstəxanaya yerləşdirilən qadında heç bir sınıq aşkarlanmayıb, sadəcə yüngül xəsarətlər alıb. Primorye Səhiyyə Nazirliyinin məlumatına görə, xəstə artıq palatada sərbəst hərəkət edir və sağalmağa doğru gedir.


Tibb mütəxəssislərinin fikrincə, bu cür hallar olduqca nadirdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO