Ukraynadan kütləvi DRON HÜCUMU – Rusiyanın strateji obyektləri vuruldu – VİDEO

Ukraynadan kütləvi DRON HÜCUMU – Rusiyanın strateji obyektləri vuruldu – VİDEO

Hazırda oxunan: Ukraynadan kütləvi DRON HÜCUMU – Rusiyanın strateji obyektləri vuruldu – VİDEO

624394

Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Rostov vilayətinin Azov və Taqanroq şəhərlərindəki strateji neft bazalarını, hərbi zavodu və dəniz limanını kütləvi atəşə tutub.

Bizim.Media xəbər verir ki, hücum nəticəsində ərazidəki bir neçə mühüm obyektdə güclü yanğınlar başlayıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusarın bildirdiyinə görə, Azov şəhərində PUA-ların düşməsi nəticəsində neft məhsullarının saxlanıldığı iki fərqli anbarda güclü yanğın qeydə alınıb.

İlkin məlumatlara görə, ölən və xəsarət alan yoxdur. Hazırda əraziyə çoxlu sayda yanğınsöndürmə briqadaları və fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub.

Eyni saatlarda digər mühüm hədəf Taqanroq şəhəri olub.
 

PUA zərbələri nəticəsində Taqanroq Dəniz Limanının ərazisində, xüsusilə də "Rosneft"ə məxsus "Kurgannefteprodukt" port terminalında kütləvi yanğın başlayıb. Terminal gəmilərə neft məhsullarının yüklənməsi və boşaldılması funksiyasını yerinə yetirir. Vəziyyətin gərginliyi ilə əlaqədar Taqanroq hakimiyyəti fövqəladə hal zonasından əhalinin təcili evakuasiya olunduğunu elan edib.


Ukrayna monitorinq kanallarının və yerli mənbələrin yaydığı məlumata görə, Azovda təkcə neft bazaları deyil, eyni zamanda Rusiya müdafiə-sənaye kompleksinə daxil olan "Azov Optik-Mexanika Zavodu" (AOMZ) da hədəf alınıb. Bu müəssisə yüksək dəqiqlikli optik-elektron və radiolokasiya sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.

Bundan əlavə, Azov rayonunun Kaqalnik kəndində PUA-ların hədəfi olan yerli administrasiya binasında da yanğın qeydə alınıb. Rəsmilər binadakı yanğının tamamilə lokallaşdırıldığını bildirirlər.

Rostovla yanaşı, Krasnodar diyarında da partlayış səsləri eşidilib.

Bölgənin operativ qərargahının məlumatına görə, PUA qalıqlarının düşməsi nəticəsində İlysk Neft Emalı Zavodunun (NPZ) ərazisində yanğın baş verib. Həmçinin Severksaya stansiyasında bəzi müəssisələrin və fərdi yaşayış evlərinin həyətlərinə PUA qırıntılarının düşdüyü, lakin ciddi tələfatın olmadığı vurğulanır. Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində ölkənin müxtəlif regionları, o cümlədən Leninqrad vilayəti üzərində onlarla Ukrayna dronunun zərərsizləşdirildiyini iddia edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO