Səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə kütləvi zərbələr endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Maks” platformasında məlumat verib.
O, yaydığı bəyanatda paytaxt istiqamətində zərərsizləşdirilən dronların sayının 180-ə çatdığını və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini davam etdirdiyini bildirib.
Monitorinq kanallarının yaydığı məlumatlara görə, zərbələrdən biri Moskvanın Kapotnya rayonunda yerləşən neft emalı zavoduna (NEZ) dəyib. Hadisə nəticəsində zavodun ərazisində güclü partlayış və yanğın qeydə alınıb. Dağıntıların və xəsarət alanların miqyası barədə dəqiq məlumatlar dəqiqləşdirilir.
Ukrayna KİV-ləri isə yazır ki, Moskvaya hücumda təkcə standart dronlardan deyil, həm də Ukrayna istehsalı olan "Bars" kruiz dron-raketindən istifadə olunub.
Qeyd edək ki, “Bars” dron-raketləri 2024-cü ildə Ukrayna tərəfindən istehsal edilib. “Bars” yeni nəsil uzaqmənzilli dron-raket (missile-drone) layihələrindən biri hesab olunur. Bu sistem klassik pilotsuz uçuş aparatı ilə qanadlı raketin xüsusiyyətlərini birləşdirir.
“Bars” dron-raketinin Moskva səmasında lentə alınan kadrlarını təqdim edirik:
Bizim.Media


































































































