Afrika Mənzil Fondunun (AHF) proqram meneceri: “Haluk Leventin çıxışından zövq aldım” – VİDEO

Afrika Mənzil Fondunun (AHF) proqram meneceri: “Haluk Leventin çıxışından zövq aldım” – VİDEO

Hazırda oxunan: Afrika Mənzil Fondunun (AHF) proqram meneceri: “Haluk Leventin çıxışından zövq aldım” – VİDEO

613898

“İlk növbədə, mən Türkiyədən olan sənətçinin (Haluk Levent – red.) çıxışından zövq aldım. Çox gözəl bir çıxış, əla performans idi. Həmçinin mən ekspo (sərgi) zonasında da olmuşam. Dünyanın müxtəlif yerlərindən gələn çox gözəl stendlər və maraqlı təşəbbüslər var idi, bura həqiqətən əladır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Afrika Mənzil Fondunun (AHF) proqram meneceri Tandive Dlamin deyib.

“Düşünürəm ki, ümumi olaraq müzakirələr bizim necə birlikdə işləyə biləcəyimiz və aşağı gəlirli təbəqə üçün necə münasib mənzil təmin edə biləcəyimizdən gedir.

Həmçinin Afrikanın böyük hissəsinin qeyri-formal (dağınıq məskunlaşma) olduğunu nəzərə alsaq... Mən Cənubi Afrikadadanam və afrikalı tərəfdaşlarla işləyirəm. Bizə bazarın aşağı təbəqəsi üçün yararlı olacaq məhsullar lazımdır”.


Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO