Tramp bu dəfə BBC-ni saxta xəbər yaymaqda ittiham etdi – VİDEO

Tramp bu dəfə BBC-ni saxta xəbər yaymaqda ittiham etdi – VİDEO

Hazırda oxunan: Tramp bu dəfə BBC-ni saxta xəbər yaymaqda ittiham etdi – VİDEO

613359

ABŞ Prezidenti Donald Tramp bu dəfə BBC-ni saxta xəbər yaymaqda ittiham edib.

Bizim.Media xəbər verir ki, buna səbəb BBC müxbirinin ünvanladığı sual olub.

Jurnalist Trampdan ABŞ-ın İranın Minab bölgəsindəki qızlar məktəbinə zərbə endirdiyini təsdiqləyib-təsdiqləyə bilməyəcəyi soruşub.
 

Tramp isə ona hansı media qurumunda çalışdığı sualını verib. Jurnalist BBC-də çalışdığını bildirdikdə isə ABŞ lideri sözügedən mətbu orqanın feyk xəbərlər yaydığını deyib.


Xatırladaq ki, ABŞ Prezidenti bir neçə ay əvvəl çıxışını yalan redaktə etdiyinə görə BBC-yə qarşı 5 milyard dollarlıq iddia qaldırmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO