"Təcilli qan lazımdır. Donor olmaq istəyənlər əlaqə saxlasınlar". Hər gün sosial şəbəkədə bu tipdə onlarla paylaşım edilir. Xəstə yaxınları donor axtarışına çıxır, sosial şəbəkə istifadəçiləri tanımadıqları şəxslər üçün yardım çağırışları paylaşırlar.
Bəs görəsən, Qan Bankı olduğu halda niyə vətəndaşlar özləri qan axtarırlar?
Bizim.Media xəbər verir ki, Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakinləri xəstəxanaların tələb olunan qanın yalnız müəyyən hissəsini qarşıladığını deyirlər.
Bu səbəbdən vətəndaşlar özləri qan tapılması üçün elanlar verirlər:
"Xəstəxana elə özü deyir ki, lazımdır. Yəni biz qan vuracağıq, amma onun yerinə qan olmalıdır ki, növbəti xəstə olanda ona vurulsun".
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva deyir ki, nadir qan qrupları olan xəstələr üçün donor tapılması daha böyük problem yaradır. Xüsusilə ağır əməliyyatlar, talassemiya və onkoloji xəstəliklər zamanı qana ehtiyac artır.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Respublika Qan Bankına da sorğu ünvanlanıb, lakin hər hansı cavab verilməyib.
Daha ətraflı Xəzər Tv-nin süjetində:
Bizim.Media








































































































