Suriyada son 16 ildə ilk dəfə olaraq Visa və Mastercard kartları vasitəsilə maliyyə əməliyyatları həyata keçirilib.
Bizim.Media xəbər verir ki, uzun illər davam edən sanksiyalar və beynəlxalq təcriddən sonra ölkə yenidən qlobal maliyyə sisteminə qoşulmağa başlayır.
Məlumata görə, beynəlxalq ödəniş sistemlərinin fəaliyyətə başlaması Suriyanın maliyyə sektorunda mühüm dəyişiklik kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, bu addım ölkənin beynəlxalq iqtisadi əlaqələrinin qismən bərpasına və xarici maliyyə əməliyyatlarının genişlənməsinə şərait yarada bilər.
Bizim.Media




































































































