80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

Hazırda oxunan: 80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO
603029
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baku TV yazıçı, şair, dramaturq Seyran Səxavətin 80 illik yubileyi münasibətilə onu Azərbaycan Yazıçılar Birliyində ziyarət edib.

Bizim.Media xəbər verir ki, o özünü yaxşı hiss etdiyini və sağlamlığı ilə bağlı heç bir şikayətinin olmadığını söyləyib:

"Sağlamlığımdan şikayətlənməyə haqqım yoxdur. Özünə baxmaq tək adamın işi deyil. Mənim həyat yoldaşım professordur. Amma evdə bunu yadından çıxarır. Qapıdan içəri girəndə evin xanımıdır. Övladlarım da qayğıma yaxşı qalırlar".

Yazıçı bu yaşda fəaliyyət göstərməyin onun üçün çətin olmadığını da vurğulayıb:

"Bu yaşda çalışmamaq mənim üçün çətindir. Yazıçılar Birliyi mənim evim kimidir. Buradakı adamlar başqadırlar".

Dost sarıdan bəxtinin gətirdiyini deyən Seyran Səxavət onları itirməyin ağrısını çox dərindən hiss etdiyini bildirib:

"Hamısı yavaş-yavaş getdi, məni aparmadılar. İndi uşaq-muşağın əlində qalmışam. Bir dəfə müsahibəmdə demişdim ki, bilsəm, onlarla dost olmazdım, itirəndə də belə yaman günə qalmazdım".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO