Bakıda biznesmenlə bir qrup şəxs arasında insident – FOTO/VİDEO

Bakıda biznesmenlə bir qrup şəxs arasında insident – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda biznesmenlə bir qrup şəxs arasında insident – FOTO/VİDEO
595196
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən səhər saatlarında Bakıda tikinti şirkətlərindən birinin ərazisində insident olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
 

Yılmaz Okuklu hadisə vaxtı sosial şəbəkədə canlı yayım açıb. O bildirib ki, bir neçə nəfər onu təkləyərək hücum edib. İnsidentin biznes mübahisəsi zəminində baş verdiyi iddia edilir.


DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, faktla bağlı araşdırma aparılır:

“Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub. Əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən insidentin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.




Bakıda biznesmenlə bir qrup şəxs arasında insident – FOTO/VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO