Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi – FOTO/VİDEO

Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi – FOTO/VİDEO

Hazırda oxunan: Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi – FOTO/VİDEO
578230
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, görüşdə Azərbaycanla Qazaxıstan arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib, hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə olunub.


Hər iki ölkə arasında hərbi əlaqələrin yeni perspektivlərinin müzakirə edildiyi görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qazaxıstan müdafiə naziri general-polkovnik Z.Həsənova "Beynəlxalq əməkdaşlığın inkişafına töhfəyə görə" medalını təqdim edib.

Görüşün sonunda Qazaxıstan və Azərbaycan respublikaları Müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.



Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi – FOTO/VİDEO - foto 1
Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi – FOTO/VİDEO - foto 2
Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi – FOTO/VİDEO - foto 3
Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi – FOTO/VİDEO - foto 4
Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi – FOTO/VİDEO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO