Kişilər atalıq məzuniyyətinə çıxa bilər – VİDEO

Kişilər atalıq məzuniyyətinə çıxa bilər – VİDEO

Hazırda oxunan: Kişilər atalıq məzuniyyətinə çıxa bilər – VİDEO
52989
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu məsələ illərdir müzakirə olunur. Söhbət atalıq məzuniyyətindən gedir. Necə ki uşaq doğulanda işləyən qadınlara ödənişli məzuniyyət verilir, eləcə də kişilərə verilməlidir deyilir. Bəs verilirmi? Necə olmalıdır?

Bizim.Media xəbər verir ki, qanunvericilikdə hamiləliyə görə qadınların analıq məzuniyyəti hüquqları var. Bu ödənilşi məzuniyyət həm də toxunulmazdır.

Ancaq bəzi ailələrdə qadınlar uşaq dünyaya gəldikdən sonra onu saxlamaqda çətinlik çəkirlər. Ya tək olurlar, ya da sağlamlıqları buna imkan vermir.

Belə halda kişilər məcbur olub ödənişsiz məzuniyyət götürməli olurlar. Çünki, məcəllədə atalıq məzuniyyəti nəzərdə tutulmayıb. Bu da həmin ailələrin birbaşa gəlirlərinə təsir edir.

Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, qanunverivilikdə atalıqla bağlı xüsusi məzuniyyət olmadığından, həmin kişilərə sadəcə 14 günlük ödənişsiz məzuniyyət verilir. Millət vəkili Fazil Mustafanın fikrincə isə, bu məzuniyyət növü kişilər üçün də ödənişli olmalı və qanunvericilikdə bu istiqamətdə dəyişiklik aparılmalıdır.

Millət vəkilinin sözlərinə görə, ödənişli atalıq məzuniyyəti həm də ailənin sosial vəziyyətinə görə təyin edilməlidir.

Fazil Mustafa deyir ki, belə ailələrin vəziyyəti müvafiq qurumlar tərəfindən öyrənilməli, yalnız bundan sonra onlara müvafiq formalarda dəstək verilməlidir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO