Ukrayna Prezidenti ABŞ-a getdi – Baydenlə görüşəcək - VİDEO

Ukrayna Prezidenti ABŞ-a getdi – Baydenlə görüşəcək - VİDEO

Hazırda oxunan: Ukrayna Prezidenti ABŞ-a getdi – Baydenlə görüşəcək - VİDEO
34929
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Vladımir Zelenski Vaşinqtona işgüzar səfərə gəlib.

Bizim.Media Ukrinform agentliyinə istinadla xəbər verir ki, Vladımir Zelenski sentyabrın 1-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

“Ukrayna Prezidenti və birinci xanım Yelena Zelenskaya Prezident Cozef Baydenin dəvəti ilə ABŞ-a işgüzar səfərə gəliblər. Səfərin gündəliyinə liderlərin təkbətək və nümayəndə heyətlərinin geniş tərkibdə görüşləri daxildir”, - deyə məlumatda bildirilir. 
 

Ukrayna dövlət başçısı ofisinin mətbuat xidmətinin məlumatına gör, Vladımir Zelenskinin Amerika məmurları ilə bir sıra mühüm görüşləri də nəzərdə tutulur.


Həmçinin Ukrayna və ABŞ nümayəndələri bir sıra sənədlər imzalayacaqlar.

Səfər proqramı bir neçə günü əhatə edir və Ukrayna Prezidenti bu müddətdə ABŞ-ın Şərq və Qərb sahillərindəki şəhərlərə gedəcək, habelə Kaliforniyada Amerika biznesmenləri ilə görüşəcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO