Rusiyaya səyahət etmək istəyənlərin DİQQƏTİNƏ - VİDEO

Hazırda oxunan: Rusiyaya səyahət etmək istəyənlərin DİQQƏTİNƏ - VİDEO

34578

Cari ilin sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir.

Bu barədə Bizim.Media-ya "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

Belə ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır.

Tətbiq ödənişsizdir. «Путешествую без COVID-19» tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

- iPhone üçün:

//apps.apple.com/app/id1541206996

- Android smartfonları üçün:

//play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US

- Huawei smartfonları üçün: /

/appgallery.huawei.com/#/app/C104343239


Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:

- Rusiya Federasiyasının vətəndaşları üçün;

- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.

- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.

Rusiyaya səyahət edərkən, PCR-testi yalnız əvvəlcədən razılaşdırılmış tibb müəssisələrində keçirilə bilər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO