Maşını bəzəyib boşanmağa getdi - VİDEO

Maşını bəzəyib boşanmağa getdi - VİDEO

Hazırda oxunan: Maşını bəzəyib boşanmağa getdi - VİDEO
28231
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Malatya şəhərində arvadından boşanmaq üçün məhkəməyə gedən vətəndaş avtomobilini gəlin maşını kimi bəzəyib.

Bizim.Media xəbər verir ki, Murat Akdoğan adlı şəxs 13 illik həyat yoldaşından ayrıldığı üçün çox xoşbəxtdir:

“Boşandığımız üçün çox xoşbəxtəm. İnsan bəzən ayrılanda da xoşbəxt ola bilir”. 

Məhkəmə zalının qarşısına gəlin maşını kimi bəzədilmiş avtomobili ilə gələn Akdoğan, boşanmadan əvvəl verdiyi açıqlamada bildirib ki,13 illik evliliyi dövründə pis günlər yaşayıb:

“Yaşadığım pis günlər geridə qalır. İnsanların yalnız evləndikləri zaman deyil, boşananda da xoşbəxt ola biləcəyini bildirmək üçün belə bir şey etdim. Evlənəcək bütün gənclərə tövsiyəm yaxşı düşünməkdir. Onlar bilmədən evlənməməlidirlər. Allah heç kimin evini dağıtmasın”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO