Şəkidə xan qəbri tapıldı - VİDEO

Şəkidə xan qəbri tapıldı - VİDEO

Hazırda oxunan: Şəkidə xan qəbri tapıldı - VİDEO
27139
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəkidə Xan məscidində yeni qəbir tapılıb.

Bizim.Media "apa tv"yə istinadən xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmasına başlanan Xan məscidinin daxilində aparılan qazıntı işləri zamanı məscidin mehrabının içində yeni qəbir aşkarlanıb.

Yeni tapılan qəbrin Məhəmmədhüseyn xana aid olduğu güman edilir.

Qəbir tam açıldıqdan sonra kimə məxsus olduğu dəqiq bilinəcək. Əslən Şəkidən olan ədəbiyyatşünas alim Salman Mümtazın yazdığına görə, Məhəmmədhüseyn xan məscidin mehrabı içində dəfn edilib.

Qeyd edək ki, XIX əsrdə Birinci Cümə məscidi kimi tanınan və hazırda Şəki Xan məscidi adlandırılan məscid Şəki xanlarından olan Məhəmmədhüseyn xan tərəfindən 1768-1770-ci illərdə inşa edilib.

1850-ci illərdə Şəkidə baş verən güclü yanğınlar səbəbindən Şəki bazarı, Cümə məscidi və məscid ətrafındakı evlər yanğına məruz qalıb.

Yanğından sonra Mustafa ağanın atası Kərim ağa Şəkixanov məscidi bərpa edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO