Babək prospektindəki təkər bazarında YANĞIN – VİDEO

Babək prospektindəki təkər bazarında YANĞIN – VİDEO

Hazırda oxunan: Babək prospektindəki təkər bazarında YANĞIN – VİDEO
270849
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən təkər bazarı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1,5 ha olan təkər bazarının ərazisində bir dam altında tikilən mağazalarda baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.


Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hər birinin sahəsi 75 m² olan 2 ədəd avtomobil ehtiyat hissələri satışı mağazasının damının taxta atmaları və içərisində rəflərə yığılan ehtiyat hissələri yanıb.

Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO