Ukrayna ordusu Braynskda neft stansiyasını belə vurdu – ANBAAN VİDEO

Ukrayna ordusu Braynskda neft stansiyasını belə vurdu – ANBAAN VİDEO

Hazırda oxunan: Ukrayna ordusu Braynskda neft stansiyasını belə vurdu – ANBAAN VİDEO
267663
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Bryansk vilayətində yerləşən dizel yanacağının magistral neft məhsulları kəmərləri vasitəsilə ötürülməsi ilə məşğul olan xətti-istehsalat stansiyasına zərbə endirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 

Hərbçilərin məlumatına görə, zərbə kompleks xarakter daşıyıb. Əməliyyatda raket qoşunları və artilleriya bölmələri, pilotsuz uçuş aparatları qüvvələri, Xüsusi Əməliyyat Qüvvələri, həmçinin Ukrayna Təhlükəsizlik Xidməti iştirak edib. Stansiyanın ərazisində yanğın baş verib.


Qeyd olunur ki, həmin stansiya Rusiyanın neft məhsulları kəmərləri vasitəsilə, o cümlədən Rusiya ordusunun tələbatı üçün yanacağın daşınmasını təmin edir.

Obyektin illik ötürücülük qabiliyyəti təxminən 10,5 milyon ton təşkil edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO