"Şou-biznesdə onun kimi real adam yoxdur" - Nazilə Səfərli - VİDEO

Hazırda oxunan: "Şou-biznesdə onun kimi real adam yoxdur" - Nazilə Səfərli - VİDEO
26616
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şairə Nazilə Səfərli "ATV maqazin onlarla" verilişində şou-biznes nümayəndələri ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, şairəyə sənət adamlarının fotoları göstərilib.

Müğənni Xatirə islamın fotosunu görən Səfərli "Təcrübələri üzərində yetişmiş insan. Bir insandan narazıdırsa, ona demir ki, bunu düzəldək. Nə də ona demir ki, rədd ol get. Orada yer qoyur" sözlərini söyləyib.

Əməkdar artist Elza Seyidcahana gəldikdə isə "O qədər pulu paltara, muncuğa verməzlər. Bədxərclik etməzlər" deyə, şairə əlavə edib.

Aşıq Telli Borçalıdan isə şairə danışmaq istəməyib. O, "Ona çox olar" deyib.

Müğənni Səidə Sultan haqda isə "Səidə yaxşı qızdır. Şou-biznesdə onun kimi real adam yoxdur. Nə gəldi geyinəcək, nə istəyir edir" fikirlərini bildirib.

Nazilə prodüser Tarix Əliyevi isə (Tolik) anakonda adlandırıb:

"Göyqurşağıdır. Yağışdan sonra çıxır, çıxmaya da bilər. Tolik də odur. Adam özündən başqa hamıya görə yaman olur. Çox pis şeydir. Heç ona ona görə "sağ ol" da deməyəcəklər. Dalaşır, sonra keçir üstündən heç nə olmamış kimi danışır.

Günorta onunla dalaşmışıq. Axşam Tolikə sözüm var idi, yığdım. Açdı ki, nə var? Deyirəm, işim var, görüşək. Dedi, gəl. Kin yoxdur, amma özünü bilərəkdən anakonda kimi təqdim edir".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO