Kilometrlərlə yolu yana-yana getdi - Video

Kilometrlərlə yolu yana-yana getdi - Video

Hazırda oxunan: Kilometrlərlə yolu yana-yana getdi - Video
265754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Samsun-Ankara avtomobil yolunda azərbaycanlı sürücünün idarə etdiyi təhlükəli maddə daşıyan yük avtomobili hərəkətdə olarkən qəflətən alovlanıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Samsun-Ankara yolunun 13-cü kilometrliyində, Gürgenyatak yaxınlığında baş verib.
 

Azərbaycan vətəndaşı Cəmaləddin Məmmədovun idarə etdiyi 77 HR 176 dövlət nömrə nişanlı yük maşını hərəkətdə olarkən əyləc sistemində nasazlıq üzündən idarəetməni itirib.


Nəticədə yük maşınının qoşqusu alovlanıb. Yük maşını əvvəlcə avtomobilə çırpılıb, daha sonra yanan boyalarla dolu qutular digər avtomobillərin üzərinə aşıb.

Qəza nəticəsində bir nəfər yaralanıb. Yük maşını isə təxminən 4 kilometr yanaraq keçdiyi yolu alova qərq edib. Maşından tökülən yanar materiallar yol kənarını və orta zolağı alovlandırıb. Ətrafdakı meşədə də yanğın başlayıb.

Samsun Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi və Meşə Əməliyyat Müdirliyi qrupları alovu yayılmadan qısa müddətdə söndürüb.

Yanğınsöndürmə işləri tamamlandıqdan sonra yol nəqliyyatın hərəkətinə açılıb. (qafqazinfo.az)




Kilometrlərlə yolu yana-yana getdi - Video - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO