
- A-
- A
- A+
Çində UNİKAL LAYİHƏ – Yaşayış kvartalını bütöv halda daşıdılar – VİDEO
Çinin Şanxay şəhərində metro tikintisi zamanı unikal layihə reallaşdırılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mühəndislər bir neçə binadan ibarət və ümumi çəkisi 7500 ton olan kvartalı eyni vaxtda daşıyıblar.
Bu nəhəng və mürəkkəb proses zamanı hərəkətə gətirilən sistem “robot ayaqlar” adlanan texnologiya əsasında işləyib.
Hər biri koordinasiyalı şəkildə işləyən 432 robot vasitəsilə bina hissə-hissə, lakin bütöv bir struktur kimi səliqəli şəkildə hərəkət etdirilib.
Əməliyyat zamanı nə binalarda, nə də ətraf infrastrukturda ciddi bir zədə müşahidə olunmayıb. Mühəndislər bu texnologiyanın gələcəkdə digər şəhərlərdə də tarixi və strateji obyektlərin qorunaraq yenidənqurma layihələrinə uyğunlaşdırılması üçün istifadə edilə biləcəyini bildirirlər.
Həmin kadrları təqdim edirik:
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































