Qətli törətməzdən əvvəl status paylaşıbmış – VİDEO

Qətli törətməzdən əvvəl status paylaşıbmış – VİDEO

Hazırda oxunan: Qətli törətməzdən əvvəl status paylaşıbmış – VİDEO
242427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü il oktyabrında Cəlilabadda Mirxaqani Əhmədovu bıçaqlayaraq öldürən şəxslərə hökm oxunub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisəni törədən 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı 10 il 6 ay, onun qohumu və dostu olan Rəşid 10 il 6 ay, hadisənin digər iştirakçısı Hüseyn isə 9 il həbs cəzası alıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, hadisə qisas zəminində baş verib.

Belə ki, Mirxəqani Əhmədov bir neçə il əvvəl münaqişə zəminində Böyükxanın atası, rayonda “Məşədi Elçin” adı ilə tanınan şəxslə dalaşaraq ona xəsarət yetirib. Həmin vaxt yeniyetmə olan Böyükxan Mirxəqaniyə qisas hissi bəsləyib və onu öldürməyi planlaşdırıb.

Bu məqsədlə o, dostları ilə plan qurub. Həmçinin Böyükxan cinayəti törətməzdən əvvəl sosial şəbəkədə atasının qisasını alacağı ilə bağlı status paylaşıb. 

“BAXA777” adlı açıq hesabında 19 oktyabrda bir hissəsini təqdim etdiyimiz təhdid dolu paylaşım edib:
 

“Çox yaşa atam. Allah ömrünə ömür qatsın. Cəlilabadın əziyyətini dərəcəsində çəkən yeganə kişilərdənsən. Şərəfsizlər, qeyrətsizlər qədrini bilmədilər. Vaxt o vaxt olacaq ki, ayağına gələn həmin şəxsləri *** elətdirəcəyəm”. 


O, oktyabrın 24-ü Bakıdan Cəlilabada gedib və dostlarının köməyi ilə Mirxəqaninin olduğu yeri izləyib.

Böyükxan Mirxəqani Cəlilabad şəhərində aptekdən çıxarkən ona hücum edərək bıçaqla qətlə yetirib.

Hadisə ərazidəki kameraya düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO