Rusiyada “Şaxta baba” mağaza sahibini güllələdi – ANBAAN VİDEO

Rusiyada “Şaxta baba” mağaza sahibini güllələdi – ANBAAN VİDEO

Hazırda oxunan: Rusiyada “Şaxta baba” mağaza sahibini güllələdi – ANBAAN VİDEO
228324
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Çuvaşıstan Respublikasında “Şaxta baba” geyimində olan keçmiş məhbus mağaza sahibini güllələyib.

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Kanaş şəhərində baş verib. 

Belə ki, mağazaya gələn “Şaxta baba” əvvəlcə mağaza sahibi ilə sakitcə danışıb, hətta onunla selfi də çəkdirib. Daha sonra qoşalüləli ov tüfəngi ilə onu güllələyib.

Məlumata görə, mağaza sahibi əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Hadisəni törədən şəxsi məhz mərhumun hüquq-mühafizə orqanlarında işlədiyi dövrdə həbs etdiyi bildirilir. Cinayətin də məhz intiqam almaq üçün törədildiyi ehtimal edilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO