Xankəndidə Yeni il belə qarşılandı - VİDEO

Xankəndidə Yeni il belə qarşılandı - VİDEO

Hazırda oxunan: Xankəndidə Yeni il belə qarşılandı - VİDEO
228028
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı Xankəndidə yaşayan sakinlər tərəfindən qeyd edilib. Otuz dörd illik yurd həsrətindən sonra doğma torpaq, Xankəndi şəhərində sakinlərin bayram sevinci şəhərdə atəşfəşanlıqla müşahidə olunub.

Bizim.Media xəbər verir ki, qonaqlar öncəliklə bayram yarmarkasında böyük monitor vasitəsi ilə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətini dinləyib.

Xankəndi şəhəri 2025-ci ili doğma sakinləri ilə birlikdə qarşılayıb. Bayram ərəfəsində təşkil edilən konsert proqramı, bir neçə gün davam edən yarmarka və bir-birindən maraqlı tədbirlər sakinlər üçün əsl əyləncəyə çevrilib.

Yeni ilin gəlişi münasibətilə Xankəndi səmasında müşahidə edilən atəşfəşanlıq daha yaddaqalan olub.

Bayram sevincini bölüşmək üçün Zəfər meydanına toplaşan dövlət qurumlarının əməkdaşları, Qarabağ Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar atəşfəşanlığı böyük maraqla izləyiblər. Atəşfəşanlıq Qarabağın, Xankəndi şəhərinin səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq coşqu ilə qarşılanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO