
- A-
- A
- A+
Multimedia
10:02 / 16.12.2024
1 dəq oxunma
Qubada iş adamının ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI - VİDEO
Hazırda oxunan: Qubada iş adamının ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI - VİDEO
225442
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xəbər verdiyimiz kimi ötən gün Qubanın ucqar dağ kəndi Üçgündə bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.
Qəza zamanı buz bağlamış kənd yolunda hərəkət edən "Lexus"markalı avtomaşın sürüşərək 15 metr hündürlükdən, dərədən aşağı yuvarlanaraq kənd sakinlərindən birinin həyətinə düşüb. Xoşbəxtlikdən ev sahiblərindən ziyan çəkən olmayıb. Sadəcə evin taxta pilləkəninə toxunub.
Qəza nəticəsində "Lexus"un sürücüsü, 45 yaşlı Şamil Orucov yerindəcə keçinib. Şamil Orucov Xaçmazda məşhur iş adamı kimi tanınırdı. Üç nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktı Quba polis şöbəsinin istintaq bölməsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































