Ehtiyatda olan polkovnikin evini SU BASDI - VİDEO

Ehtiyatda olan polkovnikin evini SU BASDI - VİDEO

Hazırda oxunan: Ehtiyatda olan polkovnikin evini SU BASDI - VİDEO
224858
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər rayonu, Binə qəsəbəsi, Şah İsmayıl Xətai küçəsindəki mənzərəni sözlə ifadə etmək çox çətindir. 

Bizim.Media xəbər verir ki, burada nəinki həyətlər, evlər də suyun altında qalıb. Sakinlər deyirlər ki, artıq 1 aydır vəziyyət belədir.

"Ehtiyatda olan polkovnikəm. Qızım əlildir, bu vəziyyətdə necə getsin, hərəkət etməyə yer yoxdur. Pulu dəstələyib ciblərinə qoyurlar. Gəlsinlər, həmin pulu bura xərcləsinlər", - deyə sakinlərdən biri narazılığını bildirib.
 

Mövcud vəziyyətlə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmaması subasma prosesinin dinamikasının yüksəlməsinə şərait yaradıb.


Bununla əlaqədar rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin texnikaları cəlb edilməklə yağış sularının kənarlaşdırılması işləri həyata keçirilib. Həmçinin, ərazidə drenaj sisteminin quraşdırılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyinə müraciət ünvanlanıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi mövcud olmayan ərazilərdə müvafiq layihə sənədləri hazırlanıb:

"Layihələrin icrası su və kanalizasiya təchizatı sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla tədbirlər planına uyğun olaraq mərhələlərlə həyata keçirilir".

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO