Quba-Xınalıq yolunda inşasına start verilən körpüdə SON VƏZİYYƏT – FOTO/VİDEO

Quba-Xınalıq yolunda inşasına start verilən körpüdə SON VƏZİYYƏT – FOTO/VİDEO

Hazırda oxunan: Quba-Xınalıq yolunda inşasına start verilən körpüdə SON VƏZİYYƏT – FOTO/VİDEO
219178
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Quba-Xınalıq yolunda uçan körpünün yenilənməsi üçün hazırlıq işləri davam edir. Hazırda ərazidə dağılan körpünün beton plitələrinin qalıqlarının təmizlənməsi işləri aparılır. Təmizlik işlərindən sonra yeni körpünün dərin özülü hazırlanacaq , yeni beton döşənməsindən sonra dayaqlar qoyulacaq. 

Bu barədə Quba 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-nın yerli bürosuna məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Xınalıq yolunda uçan körpünün yerinə yenisi İNŞA OLUNUR – FOTO/VİDEO


O qeyd edib ki, yeni körpünün eni 6, uzunluğu 12 metr olacaq.

"Körpü-Bina Tikinti "MMC-nin inşa etdiyi yeni körpü hava şəraitindən asılı olaraq sürətlə inşa ediləcək. Körpünün o tayında qalmış 6 kəndin əhalisi isə körpünün hazır olmasını səbrsizliklə gözləyir.

Qeyd edək ki, Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlik kəndi ərazisindəki körpü iyulun 29-da güclü sel səbəbindən uçub. Nəticədə 6 kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi çətinləşib.



Quba-Xınalıq yolunda inşasına start verilən körpüdə SON VƏZİYYƏT – FOTO/VİDEO - foto 1
Quba-Xınalıq yolunda inşasına start verilən körpüdə SON VƏZİYYƏT – FOTO/VİDEO - foto 2
Quba-Xınalıq yolunda inşasına start verilən körpüdə SON VƏZİYYƏT – FOTO/VİDEO - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO