Yüksəkvəzifəli şəxsin avtomobilinin iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI - VİDEO

Yüksəkvəzifəli şəxsin avtomobilinin iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: Yüksəkvəzifəli şəxsin avtomobilinin iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI - VİDEO
204344
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun Bayan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə istiqamətindən gələn mikroavtobusla Daşkəsən istiqamətindən gələn minik maşını toqquşublar.

Nəticədə içərisi sərnişin dolu mikroavtobus idarəetmədən çıxaraq aşıb.

"İşə gedirdik, qarşı tərəfdən gələn maşın idarəetməni itirdi, gəldi bizim maşının altına girdi. Sağa çəkməyə çalışdım, alınmadı, bizi vurub dərəyə saldı", - mikroavtobusun sürücüsü deyib.

Qəza nəticəsində xəsarət alan 15 nəfər Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib.
 

12 nəfər ambulator müalicəyə, üç nəfərdən biri isə alt çənə sümüyünün sınığı diaqnozu ilə Bakıya göndərilib. İki nəfər beşinci daraq sümüyünün, uşaq isə bud sümüyünün sınığı diaqnozu ilə hazırda Gəncə Şəhər Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alır.


Qeyd edək ki, mikroavtobusda olan sərnişinlər qızıl mədəninin işçiləri olublar. Minik avtomobilinin isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayevə məxsus olduğu bildirilir.

Ətraflı Baku TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO