Bakıda niqablı qadın əri tərəfindən vəhşicəsinə döyüldü - VİDEO 

Bakıda niqablı qadın əri tərəfindən vəhşicəsinə döyüldü - VİDEO 

Hazırda oxunan: Bakıda niqablı qadın əri tərəfindən vəhşicəsinə döyüldü - VİDEO 
202349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda qadın əri tərəfindən döyülüb.

Bizim.Media xəbər verir ki, aralarında baş verən mübahisə zamanı əri tərəfindən ağır xəsarət aldığını iddia edən gənc qadın ürəyindən iki ay öncə əməliyyat olunduğunu deyib.

Aldığı ağır yumruq zərbəsi nəticəsində cərrahi əməliyyatın tikişi sökülüb, qanaxma yaranıb. Qadın deyir ki, hadisə yerinə Təcili Tibbi Yardım Briqadası da gəlib.

O, həyat yoldaşı ilə sosial şəbəkələrin birində tanış olub. Gənc qadın iddia edir ki, əri sosial şəbəkə üzərindən dini tədrislə məşğul olub.

Gənc xanımın da diqqətini məhz belə cəlb edib. Bundan sonra tərəflər iki-üç ay danışıblar, bir il əvvəl ailə qurmağa qərar veriblər. Tərəflər rəsmi nikaha girməsələr də, kəbin kəsdiriblər.

22 yaşına kimi atasının himayəsində yaşadığını iddia edən zərərçəkmiş deyir ki, ögey anası ilə yola getmədiyindən o, öz anasının yanına gəlib. Bundan sonra anasının təkidi ilə dayısı oğlu ilə ailə qurub. İlk ailəliliyi də uğursuz olub. Bundan sonra anası və atası onu qəbul etməyiblər. Gənc bir müddət sonra ikinci dəfə indiki əri ilə ailə qurub. Asim də onun məhz ikinci həyat yoldaşıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət olunub. Qadın polis əməkdaşlarının iştirakı ilə ekspertizadan keçirilib. Ardınca Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq müəssisəyə yerləşdirilib.
Daha ətraflı Xezerxeber.az-ın süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO