Azərbaycan ərazisində qalan evini yandıran erməninin FƏRYADI - VİDEO

Hazırda oxunan: Azərbaycan ərazisində qalan evini yandıran erməninin FƏRYADI - VİDEO

18720

Evi Azərbaycanın Qubadlı rayonu ərazisində qalan Şurnuxu kəndinin keçmiş administrasiya rəhbəri Ararat Ağabekyan tutularaq Ermənistanın İstintaq Komitəsinə aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə vəkil Qayane Papoyan “News.am”a məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Şurnuxudan sonra ermənilərin Şahverdilər ETİRAFI


Videoda bir vətəndaşın çətinliklə nəfəs aldığı, özünü pis hiss etdiyi, təcili yardım çağırdığı görsənir.

“Bütün bunlarla nə işim var, xəstəyəm, yeddi gün qızdırma içində yatdım, məni bura sürüyüb gətirdilər. Ölürəm, dərmanlarım evdə qalıb”, deyə Ararat Ağabekyan soruşub.

Mənbə yazır ki, bu gün o, koronavirusdan test verəcək. Hüquq müdafiəçisinin istəyi ilə onun əli qandaldan azad edilib.

Şurnuxu kənd administrasiyasının başçısı Akop Arşakyan Ağabekyanın Qarabağdakı son müharibədə döyüşdüyünü və evini itirdiyini deyib.

"Evini yanvarın 5-də yandırdı, bundan sonra canlı yayına çıxdı və Nikol Paşinyana bir-iki “xoş” söz dedi. Ararat evini itirməyə dözə bilmədi, çünki müdafiə etdiyi ərazi, evi Azərbaycana verildi".

Arşakyan düşünür ki, Ağabekyan məhz bu canlı yayıma, habelə 21 dekabrda Paşinyana etiraz etdiyinə görə tutulub.

Yeri gəlmişkən, Ağabekyan Arşakyanın qardaşıdır: onlardan biri babasının adını götürüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO