Anasını öldürən oğlanın qardaşı DANIŞDI: “Sən alnı açıq gəz deyə etdim” - VİDEO 

Anasını öldürən oğlanın qardaşı DANIŞDI: “Sən alnı açıq gəz deyə etdim” - VİDEO 

Hazırda oxunan: Anasını öldürən oğlanın qardaşı DANIŞDI: “Sən alnı açıq gəz deyə etdim” - VİDEO 

186251

Goranboyda 19 yaşlı oğul anasını qısqanclıq zəmində bıçaqlayaq qətlə yetirib. 

Bizim.Media ”apa.az”a xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində baş verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Goranboyda QANLI OLAY - Oğul anasını öldürdü


Ağır bıçaq xəsarətləri alan 49 yaşlı Aildə Kazımova hadisə yerində dünyasını dəyişib. İlkin araşdırma zamanı məlum olub ki, qadını övladı 19 yaşlı Şahin Əmrahov qətlə yetirib. 

Məlumata görə, ana ilə övladının arasında əvvəllər də mübahisələr olub. Mərhumun digər oğlu Azər Əmrahov bildirib ki, qardaşı idmançı olub və onun anasını öldürə biləcəyini təsəvvür belə edə bilmir.

Şahin Əmrahov anasını öldürəndən sonra atasının qəbrini ziyarət edib. Daha sonra isə qardaşının yanına gedərək anasını qətlə yetirdiyini bildirib. 

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən Aildə Kazımavonın oğlu 2005-ci il təvəllüdlü Şahin Əmrahov polisə könüllü təslim olub. 19 yaşlı oğlun anasını öldürməsi ilə bağlı rayon prokurorluğundan bildirilib ki, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. 
Qeyd edək ki, qətlə yetirilən Alidə Kazımovanın 2 qızı, 2 oğlu olub. Şahin Əmrahov subay olub, o, anası ilə birlikdə eyni evdə yaşayırmış.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO