Türkiyədə bələdiyyə seçkiləri zamanı atışma: 2 ölü, 10 yaralı var - VİDEO

Türkiyədə bələdiyyə seçkiləri zamanı atışma: 2 ölü, 10 yaralı var - VİDEO

Hazırda oxunan: Türkiyədə bələdiyyə seçkiləri zamanı atışma: 2 ölü, 10 yaralı var - VİDEO
185017
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə bələdiyyə seçkiləri zamanı baş verən qarşıdurma nəticəsində 2 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Anadolu Agentliyi yayıb.

Mənbə yazır ki, insidentlərdən biri ölkənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətində baş verib. 

Qəsəbələrdən birində məhəllə muxtarının seçilməsi ilə bağlı mübahisə davaya çevrilib, daha sonra daş, dəyənək və hətta odlu silahdan istifadə olunub.

“Sabah”ın məlumatına görə, ölkənin qərbində yerləşən Bursa vilayətində növbəti qanlı qarşıdurma baş verib. 32 yaşlı Yusuf Yiğit kənd muxtarı vəzifəsinə irəli sürülən iki qohumundan birinin əvəzinə alternativ namizədi dəstəkləyib. Bu onun əmisi oğullarının xoşuna gəlməyib və qohumunu güllələyiblər.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO