Şamaxıda yaz QARI – VİDEO 

Şamaxıda yaz QARI – VİDEO 

Hazırda oxunan: Şamaxıda yaz QARI – VİDEO 

182262

Ötən gün axşam saatlarından Şamaxıya və İsmayıllıya yağmağa başlayan qar bu saatlarda da davam edir.

Bizim.Media xəbər verir ki, yağan qar gecə saatlarında Şamaxı və İsmayıllının dağ kəndlərində daha da intensivəşib. 

Qar səbəbindən Şamaxı-Piriqulu avtomobil yolunda hərəkət çətinləşib. Ən çox qar hazırda rayonun Dəmirçi və ətraf kəndlərində müşahidə edilir. Yerli sakinlərin verdiyi məlumata görə hazırda sözügedən kəndlərdə qarın hündürlüyü 30 sm çatır.
Hazırda Şamaxının şəhər mərkəzi də daxil olmaqla bir çox kəndlərində qarın yağması davam edir. Yağan qar səbəbindən hələlik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan keçən hissəsində çətinlik qeydə alınmıyıb.

Eyni zamanda İsmayıllının rayon mərkəzinə qar yağmasada da, bəzi kənd və qəsəbələrə yağan qarın miqdarı kifayət qədərdi.

Belə ki, yerli sakinlərin sözlərinə görə səhər saatlarında ucqar dağ kəndlərinə yağan qar bu saatlarda da davam edir. Rayonun Lahıc qəsəbəsində, Əhən, Brovdal və ətraf kəndlərdə qarın qalınlığının 20 sm-ə çatdığı bildirilir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO