“TikTok”un Azərbaycan seqmentində yeni trend: Hədiyyə qarşılığında… - VİDEO

“TikTok”un Azərbaycan seqmentində yeni trend: Hədiyyə qarşılığında… - VİDEO

Hazırda oxunan: “TikTok”un Azərbaycan seqmentində yeni trend: Hədiyyə qarşılığında… - VİDEO
176004
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Falçılar, baxıcılıq edən şəxslər artıq fəaliyyətlərini sosial şəbəkələrə daşıyıblar. Əvvəl üzlərini gizlədirdilərsə, “xidmətlər”inin qurbanları artdığından kələkbazlar indi açıq formada bu işi davam etdirirlər.

Bizim.Media xəbər verir ki, heç çəkinmədən “TikTok” platformasında canlı yayım açan bu şəxslər insanlara gələcək barədə məlumat verdiklərini iddia edirlər.

Məsələ ilə bağlı oxu.az-ın Daxili İşlər Nazirliyinə (DİN) ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişdirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır:
“Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır.

Sosial şəbəkə istifadəçilərinə bu kimi hallarda diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamağı tövsiyə edirik”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO