İDDİA: Azərbaycanda məktəb direktoru rüşvət alıb - VİDEO

İDDİA: Azərbaycanda məktəb direktoru rüşvət alıb - VİDEO

Hazırda oxunan: İDDİA: Azərbaycanda məktəb direktoru rüşvət alıb - VİDEO
174159
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“1400-ə yaxın şagirdin təhsil aldığı Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru rüşvət alaraq müəllimlərə dərs saatı satır”.

Bizim.Media xəbər verir ki, bu iddiaları sözügedən məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova oxu.az-a açıqlamasında səsləndirib.

O bildirib ki, 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyev hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət alır:

“20 ilə yaxındır bu məktəbdə vəziyyət bu cürdür. Bununla bağlı aidiyyəti qurumlara da müraciət etmişəm. Hətta məktəbin direktoruna Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb. 2023-cü ilin sentyabr ayında biz rüşvət verərkən bunu videoya da çəkmişik. Artıq direktor mənə müxtəlif yollarla təzyiq edir. Məni ailəmlə, qızlarımla təhdid edir, məktəbin yuxarı sinif şagirdlərini də öyrədib məni müxtəlif yollarla ifşa etmək istəyir. Mən bununla bağlı iki dəfə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişəm. Bir neçə şagird cərimələnib və altı ay müddətinə nəzarətə götürülüb.

Mənimlə danışan müəllimlərə, şagirdlərə müxtəlif yollarla təzyiq edilir. Məktəbdə artıq ruh kimi gəzirəm, heç kim mənimlə danışmır. Səbəbi isə direktorun təzyiqi və mənim direktorla açıq mübarizə aparmağımdır”.

Səsləndirilən iddialarla bağlı oxu.az-a açıqlama verən məktəb direktoru Azər Qazıyev deyib ki, məsələ prokurorluq tərəfindən araşdırılır, nəticələri ilə bağlı cavab gözlənilir:

“Mən 1986-cı ildən bu məktəbdə çalışıram. 2005-ci ildən isə direktor vəzifəsində çalışıram. Respublikanın qabaqcıl təhsil işçisiyəm, “Tərəqqi” medalına layiq görülmüşəm. Mənə qarşı qurulma bir işdir. İş prokurorluqdadır, araşdırmalar aparılır. Bu yaxınlarda da maliyyə yoxlamaları aparıldı. Yoxlamaların və araşdırmaların nəticələrini gözləyirik”.  
İddia edilən rüşvət görüntülərini təqdim edirik:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO