​​​​​​​DİN Xırdalanda əməliyyat keçirdi: Saxlanılan var – FOTO/VİDEO  

​​​​​​​DİN Xırdalanda əməliyyat keçirdi: Saxlanılan var – FOTO/VİDEO  

Hazırda oxunan: ​​​​​​​DİN Xırdalanda əməliyyat keçirdi: Saxlanılan var – FOTO/VİDEO  
171280
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Masallı rayon sakini Mircəlal Əkbərli saxlanılıb. 

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olunaraq götürülüb. 

Araşdırmalarla müəyyən edilib ki, M.Əkbərli şəxsiyyət istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri Xırdalan şəhərində satmaq məqsədi ilə qəbul edib. 
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 
 



​​​​​​​DİN Xırdalanda əməliyyat keçirdi: Saxlanılan var – FOTO/VİDEO   - foto 1
​​​​​​​DİN Xırdalanda əməliyyat keçirdi: Saxlanılan var – FOTO/VİDEO   - foto 2
​​​​​​​DİN Xırdalanda əməliyyat keçirdi: Saxlanılan var – FOTO/VİDEO   - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO