DİN Bakıda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO/VİDEO  

DİN Bakıda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO/VİDEO  

Hazırda oxunan: DİN Bakıda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO/VİDEO  
169548
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. 

Daxili İşlər Nazirliyndən Bizim.Media-ya bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Saatlı rayon sakini Emin Muradov saxlanılıb. 

Ondan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar olunub.

İlkin dindirmə zamanı E.Muradov metamfetamini tanışı Xətai rayonunda yaşayan Qabil adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Yevlax rayon sakini Qabil Abdullayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı soyuducuda gizlətdiyi 2 kiloqrama yaxın metamfetamin və marixuana aşkar olunaraq götürülüb. 

Araşdırmalarla müəyyən edilib ki, Q.Abdullayev şəxsiyyət istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq məqsədi ilə qəbul edib. 
Faktlarla bağlı Nəsimi RPİ-də araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 
 


DİN Bakıda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO/VİDEO   - foto 1
DİN Bakıda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO/VİDEO   - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO