Bakıda elektrik xəttində baş verən qəza sakinləri qorxuya saldı - VİDEO

Bakıda elektrik xəttində baş verən qəza sakinləri qorxuya saldı - VİDEO

Hazırda oxunan: Bakıda elektrik xəttində baş verən qəza sakinləri qorxuya saldı - VİDEO
165147
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nizami rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küçəsində yüksək gərginlikli elektrik xəttində qəza baş verib. Bu hadisə ətrafda yaşayan sakinləri qorxuya salıb.

Bizim.Media xəbər verir ki, elektrik xəttinin yaxınlığında ev və obyektlərin olması təhlükəni bir qədər də artırır.

Mövzuya münasibət bildirən ''Azərişıq'' ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu hadisənin iki gün əvvəl baş verdiyini xatırladıb.

Onun sözlərinə görə, sözügedən elektrik xətti 1951-ci ildə istifadəyə verilib və həmin vaxt orada tikili olmayıb.
Sakinlərin özləri də bu faktı təsdiq ediblər. Onlar evlərini ötən əsrin 90-cı illərində inşa etdiklərini bildiriblər.

“Azərişıq” ASC-dən əlavə edilib ki, Nazirlər Kabinetinin 103 saylı qərarına əsasən, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonası 30 metr nəzərdə tutulub. Bu məsafədə məskunlaşmaq, hansısa tikinti işi aparmaq qanunsuzdur və bu barədə hər il müxtəlif dövlət qurumlarına xəbərdarlıq xarakterli məktublar göndərilir. ''30 metrlik məsafə qəza hadisələri zamanı əraziyə müxtəlif texnikaların rahat şəkildə cəlb edilməsi, eləcə də insanların təhlükəsizliyinin təmin edilməsi üçündür. Ona görə də vətəndaşlar bu amili nəzərə almalı, belə yerlərdə məskunlaşmamalıdırlar. Çünki qəza halları zamanı məsuliyyət qeyri-qanuni tikinti aparanların üzərində qalır'', - deyə bildirilib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO