Bakıda “Art Fest Nizami” festivalına start verildi - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda “Art Fest Nizami” festivalına start verildi - FOTO/VİDEO

14401

Bakı şəhərində Nizami Gəncəvi ili çərçivəsində “Art Fest Nizami” festivalına start verilib.

Bizim.Media xəbər verir ki, açılışda “Arts Council Azerbaijan”ın rəhbəri, ideya müəllifi və festivalın rəhbəri, rəssam Dadaş Məmmədov layihə barədə danışıb.

Onun sözlərinə görə, “Art Fest Nizami” festivalına fotoqraf və rəssamlar üçün seminarlar, sərgilər, cizgi filmlərinin nümayişi və dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş digər tədbirlər daxildir. 

Festivalın əsas məqsədi yaradıcı şəxsləri müxtəlif layihələrdə iştiraka cəlb etmək, gənc nəsli böyük şairin yaradıcılığı haqqında məlumatlandırılmaq və maarifləndirməkdir.

Qeyd edək ki, “Art Fest Nizami” festivalı ilin sonuna kimi davam edəcək.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO