Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb - VİDEO

Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb - VİDEO

Hazırda oxunan: Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb - VİDEO
11770
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşa şəhərində Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) - Azərbaycan opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor, SSRİ xalq artistinin evinin ilkin bərpa layihəsi hazırlanıb. 

Bizim.Media xəbər verir ki, bunu  Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib. 

Onun sözlərinə görə, müğənninin Şuşadakı evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Polad Bülbüloğlu atasının Şuşadakı evində - VİDEO


O, bildirib ki, müğənniyə ehtiram əlaməti olaraq Abidələri Müdafiə Təşkilatı İctimai birliyinin üzvü Tural Zeynalov tərəfindən evinin onlayn bərpası hazırlanıb. 

Faiq İsmayılov əlavə edib ki, Şuşa şəhərində olan 850-dən çox tarix və mədəniyyət abidələrinin layihə smeta sənədləri hazırlanıb, abidələrə dəymiş zərərlər AMT üzvləri tərəfindən hesablanıb dövlət qurumlarına təqdim ediləcək. 

Qeyd edək ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olub.  (Report)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO