Həftəsonu paytaxtda maraqlı sərgi keçiriləcək

Həftəsonu paytaxtda maraqlı sərgi keçiriləcək

Hazırda oxunan: Həftəsonu paytaxtda maraqlı sərgi keçiriləcək

80124
Təbiət Elmləri İctimai Birliyi tərəfindən “Megafun”x9d Əyləncə Mərkəzi və “Azure”x9d Biznes Mərkəzinin təşkilatçılığı ilə 5-7 iyun tarixlərində təbiətin və geoloji tapıntıların daha yaxından öyrənilməsi məqsədilə maarifləndirici sərgi keçiriləcək. 
Sərgi 5 iyun tarixindən etibarən 3 gün olmaqla səhər saat 10:00 - dan axşam saat 19:00 - a qədər nümayiş ediləcək. Sərgidə ən qədim canlılara aid qalıqlar, məlumat xarakterli bannerlər nümayiş etdirilicək. Sərgi ərzində birliyin nümayəndələri tərəfindən iştirakçılara canlıların milyonlarla il ərzində dəyişmədiyi, dövrümüzə qədər canlı qalıqlarının geoloji qatlarda qorunduğu haqqında məlumat veriləcək. Elmin daha çox populyarlaşdırılması, elmi mövzuların asan və anlaşılan şəkildə izah edilməsi sərgi iştirakçıların diqqətinə çatdırılacaq. 

Bakı 2015 Avropa Oyunlarını nəzərə alaraq birliyin nümayəndələri sərgi barədə tədbir iştirakçılarına ingilis, rus və azərbaycan dillərində məlumat verəcəklər. Sərgidə həmçinin yeni hazırlanmış bir neçə elmi-populyar saytın da təqdimatı olacaq. Xalqımızı bu çox maraqlı eksponatlarla tanış olmaq və maraqlı elmi məlumatları öyrənmək üçün 5-7 iyun tarixlərində  “Megafun”x9d Əyləncə Mərkəzinə və “Azure”x9d Biznes Mərkəzinə dəvət edirik.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO