Şuşada "Kitab dayanacağı" istifadəyə verildi - FOTO

Şuşada "Kitab dayanacağı" istifadəyə verildi - FOTO

Hazırda oxunan: Şuşada "Kitab dayanacağı" istifadəyə verildi - FOTO

626162

Vaqif Poeziya Günləri çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell Telekom" MMC və "Aztelekom" MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində "Kitab dayanacağı" – ilk açıq hava kitabxanası istifadəyə verilib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, layihənin məqsədi mədəniyyət paytaxtı Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir.
 

Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, "Azercell"in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər.


Çıxışlarda bildirilib ki, açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə "Kitab dayanacağı" 24 saat fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər.

"Kitab dayanacağı"nın ilk qonağı müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Vahid Əziz olub.

Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Xalq şairinin yaradıcılıq yolundan söz açılıb.

V.Əziz şeirlərini səsləndirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO