Tədqiqatçı-yazar Cabir Alpoğlunun oxucularla görüşü keçirilib - FOTO

Tədqiqatçı-yazar Cabir Alpoğlunun oxucularla görüşü keçirilib - FOTO

Hazırda oxunan: Tədqiqatçı-yazar Cabir Alpoğlunun oxucularla görüşü keçirilib - FOTO
615317
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə Bizim.Media-nın masasında şair-publisist, tədqiqatçı-yazar Cabir Alpoğlunun oxucularla görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, onun məqalə və əsərləri Azərbaycanla yanaşı Türkiyə, Rusiya və İranda da dərc olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Beş kitabın müəllifi olan Naibə Əliyeva oxucuları ilə görüşdü – FOTO


Müəllifin tədqiqatçı kimi ərsəyə gətirdiyi "Qədim Alpan və Albanlar”, “Yaralı Varlığımız”, “Üçüncü nöqtə”, “Alpan Türk Yurdu” kitabları ilə qədim türk və alban tarixinin gələcək nəsillərə ötürülməsində rol oynayıb.

Festivalda onun da məqalələrinin yer aldığı "Alpan-Alban türk yurdu" tarixi, publisistik, tərənnüm və tanıtım yönümlü toplu oxucuların diqqətini çəkib. Toplu 5-ci dəfədir nəşr olunur.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Tədqiqatçı-yazar Cabir Alpoğlunun oxucularla görüşü keçirilib - FOTO - foto 1
Tədqiqatçı-yazar Cabir Alpoğlunun oxucularla görüşü keçirilib - FOTO - foto 2

Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO