Yazıçı Zərifə Zərrinin kitabları oxucularına TƏQDİM olundu - FOTO

Yazıçı Zərifə Zərrinin kitabları oxucularına TƏQDİM olundu - FOTO

Hazırda oxunan: Yazıçı Zərifə Zərrinin kitabları oxucularına TƏQDİM olundu - FOTO
615274
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Zərifə Zərrin kitablarının təqdimatını keçirib.

Bizim.Media xəbər verir ki, məşhur şair Musa Yaqubun tələbəsi olan Zərifə Zərrin 5 kitab müəllifidir. Onun indiyədək “İki qəlbin harayı”, “Sənsiz səninlə”, “Söylə hardasan”, “Sevgi yarı qalanda”, “Bir qayığam tufanların içində” kitabları nəşr edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türk dünyası Bakıda - Macarıstanla Kipr ədəbiyyatı BİR ARADA - FOTO


“Musa Yaqub məni “ştatdan kənar müxbirim” adlandırırdı. Mənim ilk şeirlərim də elə onun “Zəhmətkeş” qəzetində dərc edilmişdi. Yazıçı kimi qələmimin möhkəmlənməsində onun əvəzsiz rolu var”, - deyə o bildirib.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Yazıçı Zərifə Zərrinin kitabları oxucularına TƏQDİM olundu - FOTO - foto 1
Yazıçı Zərifə Zərrinin kitabları oxucularına TƏQDİM olundu - FOTO - foto 2

Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO