“İstifadəyə yararsız olan, köhnəlmiş xalçaları axtarıb, tapırıq. Onların saf hissələri üzərində ornamentlərə inteqrasiya edərək rəsmlər çəkirik və beləliklə bu özü ayrı bir əsərə çevrilir”.
Bunu Bizim.Media-ya açıqlamasında "Arts Council Azerbaijan”ın sədr müavini Sona Quliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən "İkinci həyat - xalçaların üzərində rəsm" layihəsi haqqında danışarkən deyib.
Onun sözlərinə görə, rəssamlar köhnə xalçaların üzərində rəsm çəkməklə onlara yeni həyat verirlər:
"Dünyanın əksər ölkələrində xalçaların üzərində rəsm çəkirlər. Lakin onlar saf xalçanı istifadə edir, biz isə zədələnmiş, tullantıya çevrilən, köhnəlmiş xalçalardan istifadə edirik. Yəni onlara ikinci həyat veririk. Bu layihə BMT -nin dayanıqlı inkişaf məqsədlərini əhatə edir".




Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
17:10 / 19.05.2026
İstifadəyə yararsız xalçalar sənət əsərinə çevrildi – FOTO
Hazırda oxunan: İstifadəyə yararsız xalçalar sənət əsərinə çevrildi – FOTO
Hazırda oxunan: İstifadəyə yararsız xalçalar sənət əsərinə çevrildi – FOTO
614160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































