“İranda diktatorluq Fəqih qəyyumluğu (vilayəti) sistemi altında əsas problemdir. 1979-cu ildə xalqların birlikdə şah rejiminə qarşı inqilabları Xomeyni rəhbərliyi ilə başladı. O birlikdə başlanan inqilabı öz mənafeyinə oğurladı. Onlar Vilayəti-fəqih sisteminin bərqərar olmasını ortaya qoydular. İlk müxalif 1979-cu ilin sonlarında Ayətullah Şəriətmədari oldu. O Azərbaycanın çox tanınmış din xadimi idi. Azərbaycanlılar onu çox sevirdilər. O Fəqih qəyyumluğu (vilayəti ) sisteminə ki, diktatorluğu qanun edirdi, ona qarşı çıxdı. Amma nə yazıq ki, Ayətullah Şəriətmədari və ona yaxın olan, Azərbaycan Xalq Müsəlman Partiyasına hücum etdilər, yüzlərcə azərbaycanlını qətl edərək, Azərbaycanın din xadimi ev məhbusu etdilər. Şəriətmədarinin qətlindən sonra Vilayəti Fəqih sistemi İran ana yasasının 110-cu Fəqih qəyyumluğu (vilayəti ) rəsmilənməsi ilə İranın və bölgə xalqların bədbəxtçiliyi və qara günləri başladı. İslamın birbaşa belini sındırdılar, insanların inancını dağıtdılar. İslam adıyla zülm etmə, iki üzlülük, insanların inancını və dəyərlərini qarət etməyə başladılar”.
Bunu Moderator.az-a açıqlamasında İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.
“Fəqih-Vilayəti sistemi əsasıyla Fəqih Allahın vəlisidir, onun sözçüsüdür. Konstitusiyanın 110-cu maddəsi Fəqih qəyyumluğu (vilayəti) yer üzündə Allahın Qəyyumu kimi düşünərək islamçılıq donu altında Farsçılıq mənfəətini, birbaşa Şuubiyyəçiliyi İranda rəsmi konstitusiyanın 110-cu maddəsində qanuna çevirdilər. Bu əsasda Ali dini rəhbər həm də ölkənin bütün siyasi, ekonomik, məhkəmə, kültür, qanunverici və s. sahəsinə qədər ələ keçirdi. Rəhbərin vəzifə və səlahiyyətləri konstitusiyada belə yazılıb: "1-İran İslam Respublikası sisteminin ümumi siyasətlərinin müəyyən edilməsi. 2-Sistemin ümumi siyasətlərinin yaxşı həyata keçirilməsinin kordinasiya etməsi. 3-Referendum haqqında fərman. 4- Silahlı Qüvvələrin Baş Komandanlığı. 5- Müharibə və sülh elan edilməsi və qüvvələrin səfərbər edilməsi. 6- Quraşdırma, vəzifədən azad etmə və istefanın qəbulu: a) Nəzarət Şurasının hüquqşünasları. b) Məhkəmə hakimiyyətinin ən yüksək vəzifəli şəxsi. c) İran İslam Respublikası Yayım Təşkilatının rəhbəri. d) Birgə qərargah rəisi.) e) Komandir. İslam İnqilabı Keşikçiləri Korpusunun rəisi ) hərbi və hüquq-mühafizə qüvvələrinin ali komandanları. 7-Münaqişələri həll etmək və üç qüvvənin münasibətlərini tənzimləmək. 8. Sistemin normal vasitələrlə həlli mümkün olmayan problemlərinin Məqsəd Şurası vasitəsilə həlli. 9. Xalqın seçkisindən sonra prezident fərmanının imzalanması, Prezidentliyə namizədlərin ixtisas xüsusiyyətləri bu qanunun tələblərinə cavab verdiyi üçün seçkilərdən əvvəl Keşikçilər Şurası tərəfindən təsdiq edilməli və birinci dövrdə rəhbərlik tərəfindən təsdiq edilməlidir. 10. Prezidentin qanuni vəzifələrini pozması ilə bağlı Ali Məhkəmənin hökmündən və ya qeyri-kafi olması ilə bağlı İslam Şurasının qərarından sonra ölkənin maraqları nəzərə alınaraq vəzifəsindən azad edilməsi. 11. Məhkumların əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsi. Bu 11 görəvi hər bir normal şəxsə verilsə və əlindədə yüz milyardlar dollar da olsa elə İranın özəl geri qalmış qorxunc və qan qusduran hüküməti olar! Bu islamçı görüntülü farsçı sistemin ilk addımları digər ölkələrə bu sözdə inqilabı Şiyəçilik adı ilə terrör qürubları yaradaraq yaymağa başladılar. Adının da dünyaya yayılmasın soylədilər! İslam inqilabından öz diktator rejimlərini qorumaq üçün istifadə edirdilər. Əsas məsələ isə fars millətinin istəyinin önə çəkilməsi idi. Buna göra İraqa əsgəri hücüm başlandı və Fələstindən himayə adı ilə livanda Terror qüvvəsi olan Hizbullahı yaratdılar və ardından zaman içində Əfqanıstanda Zeynəbiyyun, Pakistanda Fatemiyyun, Yəməndə Husilər, İraqda Həşdi-Şəbi, Azərbaycanda Huseyniyyun və Himası habelə, Ərməni Daşnakların maddi araçlarla xidmətə keçirdilə. Bu zalımlar İranda yaşayan millətlərin hüzur və yaxşı yaşamasının yerinə, milyardlar pulu terror örgütlərinə payladılar. Yanlız öz geri qalmış hökümətlərini qorusunlar. Amma bu hilal, şiyə belə rejimin bu gün dadına çatmır. Bu diktator Şovinist rejimi İranda millətlərin belini bükdülər! Qadınlara ikinci insan kimi xor baxdılar. Bunlar Azərbaycan türkünün əleyhinə qalxdılar! Güney Azərbaycanın ekonomisini məhv etdilər! Urmu gölünü bilərəkdən qurudaraq insanı çevrəmizə stratejik fəlakət gətirdilər! Dilimizi yasaq türkləri ikinci insan kimi elə aldılar ki, təsəvvür edin ki, hər il 100 mindən çox Azərbaycan türkü işləmək üçün ana diyarlarını məcbur tərk edib, İsfahana, Məşədə, Tehrana, Kirmana gedirdi. Beləliklə İranın içində millətləri elə günə qoydular ki, onlar açıq-açıqına rejimə meydan oxumağa başladılar. Hər sahədə- özəlliklə qadın hərəkatı başladı. Rejim məcbur qaldı ki, qüvvələr yığıb özünü qorusun. İslam adıyla bu qədər cinayətlər törətdilər. Onlar Azərbaycan Cümhüriyyətinin istiqlaliyyətini heç cür həzm edə bilmədilər. İnanmırdılar ki, Azərbaycan güclü dövlət olar və onlara nə vaxtsa meydan oxuyarlar. Ermənilərə havadarlıq edən İran vaxtilə onlara kafir deyirdi, sonra birbaşa gedib Ermənistanın qulluqçusu oldular! Özəlliklə son hərəkatda bir daha aydın oldu ki, İran öz qüvvələrini də Azərbaycana qarşı istifadə edir. İslam Cumhuriyyəti adı ilə bölgədə bu qədər cinayətlər törətmək səssiz qala bilməzdi. Bu gün Azərbaycanımız və Türkiyə yox, bütün dünya bu cinayətlərin qarşısında İrana anbargo və təhrimlər qoymaqdadır. BMT-dən, Avropa parlamentindən tutmuş insan haqlarına qədər hamısı İran rejiminə qarşı hərəkət etməkdədir. Bu gün Güney Azərbaycanda yaranan milli hərəkat yeni bir imkan tapıb ki, millətin bu ağır günündən ayaqa qalxmasından imkan yaratsın. Özəlliklə cənab prezident İlham Əliyev Səmərqənddə keçirilən sammitdə də dedi ki, biz İranda yaşayan soydaşlarımızın yanındayıq və onların haqlarını qorumalıyıq. Onun bu sözləri bizim üçün həqiqətən də böyük dəyər idi. Özəlliklə də indiki durumda. Bu gün Güney Azərbaycan türkləri tək deyillər, qoş-qoca Azərbaycan yanındadır. Molla rejimi sona qədər gedə bilməz, əlbəttə ki, bir gün çökəcəkdir. Mən Güney Azərbaycan Demokrat Partiyasının sözcüçüyəm, öz milli müqəddəratımızı əldə etmək üçün, parçalanmış dövlətimizin Güneydə bir dövləti olsun deyə onun üçün birlikdə mübarizə aparırıq” deyə o bildirib.
































































































