Anar Kərimov: “Bakıda ISESCO-nun regional ofisi açılacaq”

Anar Kərimov: “Bakıda ISESCO-nun regional ofisi açılacaq”

Hazırda oxunan: Anar Kərimov: “Bakıda ISESCO-nun regional ofisi açılacaq”
48732
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hazırda bu məsələ gündəmdədir, Azərbaycanda ISESCO-nun regional ofisinin açılması ilə bağlı layihə planı artıq göndərilib. Razılaşmadan sonra rəsmi imzalanma mərasimi olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Mədəniyyət naziri Anar Kərimov Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Nazir həmçinin regional ofisin açılacağı yerlə bağlı da məlumat verib:

“Biz çox istəyirik ki, regional ofis Şuşada olsun, lakin hazırda aparılan infrastruktur işlərinə görə ofis Bakıda olacaq. Biz inanırıq ki, ISESCO-nun regional ofisi gələcəkdə Şuşada da fəaliyyət göstəcək. Bu da mədəniyyət paytaxtımız olan Şuşanı beynəlxalq səviyyəli şəhərlərdən birinə çevirəcək”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO