
- A-
- A
- A+
ADA Universitetində “Mədəniyyət naminə sülh” forumu keçirilir - FOTO
Bu gün ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçirilir.
Bizim.Media-nın məlumatına görə, tədbirdə bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış qlobal institutların, yerli dövlət qurumları və diplomatik korpusun rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Forum çərçivəsində üç mövzu üzrə panel sessiyalar keçiriləcək:
“Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək”; “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?”; “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması”.
Səkinə Yusibli, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































