Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoydu

Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoydu

Hazırda oxunan: Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoydu
257675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 1-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov arasında ikitərəfli görüş keçirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, Adil Kərimli Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi köklərə əsaslandığını qeyd edib.

O, hazırda iki ölkə arasında mədəni əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bu istiqamətdə əməkdaşlığın genişlənməkdə olduğunu vurğulayıb.
 

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, ölkələrimiz arasında mədəni əməkdaşlığın hər gün yeni məzmun qazandığını, münasibətlərin davamlı şəkildə dərinləşdiyini qeyd edib.


Görüş çərçivəsində tərəflər mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri, qarşılıqlı layihələr və təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO